Bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıblar.
BUTA.TV xəbər verir ki, 20 ailə yurduna köçüb. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
Qeyd edək ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu