Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Xankəndidə sülhməramlı kontingentin qəzaya uğraması barədə məlumat yayıb.
BUTA.TV nazirliyə istinadən xəbər verir ki, BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.
"Azərbaycan tərəfini iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.
- Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - Video
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı