Əskişəhərdə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.
BUTA.TV xəbər verir ki, Əskişəhər Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Araşdırmalar Mərkəzi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Əskişəhər Azərbaycanlıları Dərnəyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin Anım Günü keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Anadolu Universitetinin rektoru Fuad Erdal və digər qonaqlar, tələbələr iştirak edib.
Çıxışçılar Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin gücləndirilməsindəki xidmətlərindən danışıblar.
Sonda Ümummilli liderin həyatı ilə bağlı film nümayiş etdirilib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi