UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start veriləcək.
BUTA.TV xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Bu matçda mümkün bərabərlik və “Mançester Yunayted”in qələbəsi “Cim-Bom”un avrokuboklarla vidalaşmasına səbəb ola bilər.
Qeyd edək ki, bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Zaltsbuq” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr
A qrupu
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya)
00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə)
Xal durumu: “Bavariya” – 13, “Kopenhagen” – 5, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.
B qrupu
21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə)
Xal durumu: “Arsenal” – 12, PSV – 8, “Lans” – 5, “Sevilya” - 2.
C qrupu
00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya)
00:00. “Union” (Berlin, Almaniya) – “Real” (İspaniya)
Xal durumu: “Real” – 15, “Napoli” – 7, “Braqa” – 4, “Union” - 2.
D qrupu
00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya)
00:00. “Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya)
Xal durumu: “Real Sosyedad” – 11, “İnter” – 11, “Zaltsburq” – 4, “Benfika” - 1.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi