Ukraynanın AB-yə daxil olması məsələsi işlənib hazırlanmayıb, halbuki bu, taktiki deyil, tarixi məsələdir.
BUTA.TV xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşü barədə danışarkən deyib.
O bildirib ki, Kuleba ilə iki ilə yaxındır görüşmürdü və iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün bir araya gəliblər:
"İndi yenidən görüşəndən sonra əlbəttə ki, Ukraynanın Avropaya inteqrasiya ambisiyaları haqqında danışdıq".
Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlamaq təklifi hazırlanmayıb və Avropa Komissiyasının Ukraynanın AB-yə üzvlüyünün bütün cəmiyyətə necə təsir edəcəyi barədə heç bir təsəvvürü yoxdur:
"Avropa Komissiyası Ukraynanın üzvlüklə bağlı danışıqlar aparacağına zəmanət verəcək hazırlıq işləri görməyib".
Qeyd edək ki, ötən gün Siyarto ilə Kuleba arasında görüş keçirilib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi