İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 943:2023 “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) və onlardan istifadə qaydaları” yeni dövlət standartını qəbul edib.
Bu barədə BUTA.TV-a AZSTAND-dan bildirilib.
Məlumata görə, standartı yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, müasir innovativ metodları tətbiq etmək, ölkədə “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə və təbliğat işini təkmilləşdirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işləyib-hazırlayıb. Onun layihəsi bir sıra dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, həmçinin universitetlərin nümayəndələrinin iştirak etdiyi “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 43) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi