İran Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayır və regional sabitliyin möhkəmlənməsinə töhfə verməyə hazırdır.
BUTA.TV Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani 7 dekabrda Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi barədə qəbul edilən birgə bəyanat haqda deyib.
“İran Azərbaycan və Ermənistanın qarşılıqlı fəaliyyət və əməkdaşlığını, o cümlədən hər iki tərəfdən əsirlərin azad edilməsi haqqında birgə bəyanatını alqışlayır və bunu müsbət addım hesab edir. Tehran ümid edir ki, bu tədbirlər iki tərəf arasında sülh və sabitliyə gətirib çıxaracaq”, - Kənani qeyd edib.
Onun sözlərinə görə, davamlı sülhə nail olmaq regional tərəflər arasında inamın gücləndirilməsini tələb edir.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi