Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.
BUTA.TV xəbər verir ki, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin “Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra davada iştirak etməsi olub.
Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib.
Qeyd edək ki, “Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi