Avropa Birliyinin (AB) statistika agentliyinin son məlumatına görə, Avstriya 27 ölkə arasında ən xoşbəxt dövlətdir.
BUTA.TV xəbər verir ki, bu barədə “İndependent” yazıb. Avstriya Avrostatın bütün AB dövlətlərində aparılan sorğulara əsaslanan illik Həyat Keyfiyyəti Göstəriciləri nəşrində 10 baldan 7,9 bal toplayıb.
Polşa, Finlandiya və Rumıniya 10 baldan 7,7 bal toplayaraq ikinci yeri bölüşdürüblər.
Bolqarıstan isə ümumi indeksdə altı baldan (5,6) az toplayan yeganə ölkə olub.
Maraqlıdır ki, AB-nin ən böyük iqtisadi gücü sayılan Almaniya sorğuda 6,5 xalla yalnız Bolqarıstanı geridə qoyaraq ən bədbəxt ölkələr sırasında yer alıb.
İtaliya, İspaniya və Fransa isə 7,1 bal toplayıb.
Sorğuda respondentlər təhsil səviyyəsi, ailə və maliyyə sabitliyi kimi amillərə üstünlük veriblər.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi