Ermənistan və Türkiyə hələ də Ani körpüsünün bərpası üçün əməli addım atmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu il fevralın 15-də Ermənistan XİN rəhbərinin Türkiyəyə səfəri zamanı Ani körpüsünün bərpası ilə bağlı razılıq əldə olunub, lakin bu istiqamətdə praktiki işlər hələ də aparılmayıb”, - məlumatda bildirilib.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan fevralın 15-də Ankarada keçirdiyi birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi