Onlar (Respublikaçılar Partiyası - red.) atamın prezidentliyini məhv etmək istəyirlər, bu ağrının atamın dözə biləcəyindən daha böyük olacağını bilə-bilə məni öldürməyə çalışırlar.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden deyib.
Qeyd edək ki, Hanter Bayden daha əvvəl 2016-cı ildən 2020-ci ilə qədər 1,4 milyon dollar vergidən yayınmaqda doqquz maddə ilə ittiham olunub. O, vergi ödəmək əvəzinə, narkotiklər və müşayiətçilər də daxil olmaqla, “ekstraqant həyat tərzinə” milyonlarla dollar xərcləyib. Media onu yeni ittihamlarla 17 ilə qədər həbs cəzası gözlədiyini yazıb.
Hanter Baydenin müdafiə komandası ona qarşı vergidən yayınma iddiasını siyasi motivli adlandırıb. Nümayəndələr Palatası Baydenin ifadəsini və dinləmələri gələn həftəyə təyin edib.
Hanter Baydenin vəkili Ebbi Louell isə bildirib ki, prezidentin oğlu hələ dinləmələrdə iştirak edib-etməyəcəyinə qərar verməyib.
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq