Krımda kanalizasiya borularından birində güclü partlayış olub.
BUTA.TV xəbər verir ki, bu barədə Krımın "daxili işlər nazirliyi" məlumat yayıb.
"Dekabrın 8-də saat 17 radələrində Simferopol şəhərinin Qorki küçəsində partlayış baş verib. Polis əməkdaşları hadisə yerinə gediblər. Baxış zamanı binalardan birində kanalizasiya borusunun zədələnməsi aşkar edilib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, daha öncə Teleqram kanallarında yayılan məlumatda bildirilib ki, notariat kontorunun yaxınlığında naməlum şəxslər kiçik əldəqayırma partlayıcını kanalizasiya borusuna yerləşdirərək onu uzaqdan idarə olunan qurğu vasitəsilə işə salıblar. Partlayıcı maddə kimi təxminən 50 qram ağırlığında pirotexniki qarışıqdan istifadə edilib.
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq