Ermənistan internet kanallarının birində küçə sorğusu zamanı erməni sakinin dedikləri sosial şəbəkələrdə trendə çevrilib.
BUTA.TV xəbər verir ki, erməni sakin müxbirə Ermənistanın Azərbaycanın tərkibinə daxil olacağını bildirib.
“Mən səndən (müxbirə müraciət edir – red.) böyüyəm və ola bilsin ki, o günü görməyəm. Ancaq bilirəm ki, çox tezliklə Ermənistan Azərbaycanın tərkib hissəsi olacaq. Həmişə demişəm ki, biz məscid tikib, Quran almalı və bu günə hazırlaşmalıyıq. Biz xristianlıqdan imtina edib, müsəlmanlığı qəbul etməliyik. Düşünmürəm ki, Makron və yaxud hansısa başqa prezident Ermənistanı xilas etmək üçün qaçacaq. Heç kim bizi xilas etməyəcək. Dəhşət odur ki, bizim axmaq xalqımız buna inanır. Biz axmaq xalqıq, başa düşürsünüzmü?”
Qeyd edək ki, bu sıravi vətəndaşın kim olduğu açıqlanmasa da, ermənilərin bunu məxsusi paylaşması diqqət çəkir.
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq