Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında fərdi neytral idmançı kimi iştirak etməyə icazə verib.
BUTA.TV xəbər verir ki, beynəlxalq federasiyalar və beynəlxalq idman tədbirlərinin təşkilatçıları üçün BOK İcraiyyə Şurasının 28 mart 2023-cü il tarixli tövsiyələri əsasında ciddi seçim şərtləri tətbiq olunacaq.
Ruslar və belaruslar komanda yarışlarında iştirak edə bilməyəcəklər.
Hərbi və ya milli təhlükəsizlik təşkilatları ilə əlaqəli şəxslərin də Olimpiadada iştirakına icazə verilməyəcək. Bundan əlavə, həmin ölkələrin rəsmiləri müsabiqəyə akkreditasiyadan keçməyəcəklər.
Bildirilir ki, hazırda Rusiyadan 8, Belarusdan isə 3 idmançıya Olimpiya Oyunlarında iştiraka icazə verilib.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu