Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan və Ermənistanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
“Birgə Bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır”, - məlumatda bildirilib.
Qeyd olunub ki, bu, iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin əldə olunmasına gətirib çıxaracaq birbaşa dialoq yoluna töhfədir.
Həmçinin bildirilib ki, bəyanat münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin təzahürüdür.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu