Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında deyib.
“Biz bu əlaqələrin intensivləşdirilməsinə xüsusi önəm veririk. Biz həm parlamentlərarası, həm də ondan kənarda əməkdaşlığımızı gücləndiririk”, - A.Yatskin bildirib.
O, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artdığını qeyd edib: "Regionların əməkdaşlıq etmək istəyi daha da artır. Nəqliyyat sektorunda əməkdaşlıq iki ölkənin iqtisadiyyatı üçün çox vacibdir".
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü