Nar bahadırsa, imkanı olmayan yeməsin.
Bunu BUTA.TV-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
“Dədə-babadan bilirik ki, narın mövsümü sentyabr-oktyabr aylarıdır. Əgər dekabrda narın qiyməti bahalaşıbsa, biz onu yeməyə məcbur deyilik. Dekabrda nar yemək istəyirsənsə, gərək onun yüksək qiymətini də ödəyəsən. Əslində nar baha deyil. Əvvəllər yayda, payızda qış üçün saxlanıla bilən meyvə-tərəvəz tədarükü görülürdü. Nar da saxlanıla bilən meyvələr sırasındadır. Əgər indi bizim yerimizə bu tədarükü firma və mağazalar görürsə, biz də onların qoyduğu qiymətlə razılaşmalıyıq”, - iqtisadçı bildirib.
İqtisadçının sözlərinə görə, bazar və marketlərdə narın qiyməti bir qədər də artırılmalıdır:
“Sahibkarlar ucuz vaxtı onları alıb saxlayır və bahalaşanda satışa çıxarır. Bu, tam normal prosesdir. Bazarlarda 3 narın qiyməti 4 manatdır , bir nar təxminən 1 manat 33 qəpiyə düşür. Əslində bu, çox ucuzdur. Hətta sahibkarlar narın qiymətini bir qədər artırıb, həmin meyvənin dəyərini qaldırmalıdır”.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu