Gürcüstanda Kanada Müdafiə Nazirliyi tərəfindən təşkil olunan "Maple Arch 2023" çoxmillətli komanda qərargah təlimi başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə departamentinin mətbuat xidməti məlumat verib.
"Təlimdə 9 ölkənin hərbçiləri iştirak edir. Gürcüstan Müdafiə Qüvvələri Şərq Komandanlığının müxtəlif bölmələri və JTEC şəxsi heyəti ilə təmsil olunur", - məlumatda deyilib.
Bildirilib ki, təlimin məqsədi iştirakçı ölkələr arasında qarşılıqlı uyğunluğu artırmaq, müdafiə sahəsində tərəfdaş ölkələr arasında əlaqələri dərinləşdirmək, sülhməramlı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi prosesində NATO standartlarına yaxınlaşmaq və sülhməramlı əməliyyatların həyata keçirilməsi üçün lazımi bacarıqları təkmilləşdirməkdir.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı