Cərimədən yayınmaq üçün avtomobilin dövlət nömrə nişanına müdaxilə edən şəxs müəyyən olunub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu barədə qurumun Vatsap nömrəsinə vətəndaş müraciəti daxil olub:
“Müraciət əsasında sürücü Bəhruz Məmmədovun cərimələrdən yayınmaq məqsədilə idarə etdiyi “Toyota Prius” markalı, 77 DC 247 dövlət qeydiyyat nişanlı avtomobilinə müdaxilə etdiyi aşkarlanıb. Belə ki, sürücü avtomobilin seriyasındakı C hərfini O hərfinə düzəldib. Sürücü yol verdiyi qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib.
Bir daha bütün sürücülərdən bu kimi qanunsuz hərəkətlərə yol verməmələri tələb olunur. Belə hallara yol verən şəxslər barəsində daha ciddi tənbeh tədbirləri görüləcək”.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video