Qusarda 27 nəfər qızılcaya yoluxub.
BUTA.TV xəbər verir ki, bu barədə Bizim.Media-ya Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalova məlumat verib. Bildirilib ki, yoluxanlardan 24-ü məktəblidir.
Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov da faktı təsdiqləyib. Onun sözlərinə görə, qızılcanın yayılmaması üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür.
Qızılca qeydə alınan məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmır və müalicəyə cəlb olunmaları təmin edilir.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı