Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Zikri Hakkı oğlu Söğüt Göygöl rayonunda idarə etdiyi yük maşınında ölüb.
BUTA.TV xəbər verir ki, hadisə Balçılı kəndində yerləşən yük avtomobili sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulmuş "Türk Tır Parkı" adlanan ərazidə qeydə alınıb.
"Ağaçlı" yükdaşıma şirkətində sürücü işləyən şəxs yük avtomobili ilə Türkiyədən qayıdarkən dekabrın 5-də gecə saatlarında avtomobilini saxlayaraq salonda yatıb, dekabrın 6-da səhər saat 8 radələrində iş yoldaşı, digər yük avtomobilinin sürücüsü Zikri Söğütü oyatmaq üçün gələrkən onun öldüyünü aşkarlayıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
- 53 yaşlı kişi avtobusda qəfil öldü
- Putin sui-qəsddən qorxur: Mühafizə gücləndirilib...
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü