Ermənistan parlamentində keçmiş prezidentin oğlu, deputat Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında söz davası olub.
BUTA.TV xəbər verir ki, Paşinyan keçmiş hökumətlə indiki arasında müqayisə apararkən deyib:
"Hazırki hakimiyyət və sələflər arasındakı fərq ondan ibarətdir ki, indi siyasi xadimlər evlərin girişində öldürülmür".
Paşinyana cavab olaraq Köçəryan qeyd edib: "Daha hansı ölkələrdə insanlar sosial şəbəkələrdə paylaşımlara görə həbs edilir?"
"Biz başqa ölkələrin statistikasını öyrənməmişik, amma mən ölkəmizdə əvvəlki dövrlərlə müqayisə apara bilərəm. Məsələn, deyə bilərik ki, siyasətçilər girişlərdə öldürülmür, insanlara atəş açılmır, seçkilərin nəticələri saxtalaşdırılmır, Yerablurda torpaq sahələri mənimsənilmir", - Paşinyan söyləyib.
- Putin sui-qəsddən qorxur: Mühafizə gücləndirilib...
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü
- İçərişəhərdə qala divarları bərpa edildi - Video