Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. Hakim “Mülki müqavilə” fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, layihə “Ayakve” vətəndaş təşəbbüsünə məxsusdur. Ötən gün Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Daimi Komissiyası Cinayət Məcəlləsinə Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişikliyinə mənfi rəy vermişdi. Buna baxmayaraq, layihənin plenar iclasın gündəliyinə salınması nəzərdə tutulurdu.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi