Van gölündə suyun azalması nəticəsində Səlcuqlar dövrünə aid məzar daşları tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Van vilayətinin Gevaş rayonu ərazisində gölün sahilindən Səlcuqlar dövrünə aid 35 məzar daşı Van Muzey İdarəsinin mütəxəssisləri tərəfindən sudan çıxarılıb.
Yazıları və ənənəvi motivləri ilə diqqət çəkən iki metr hündürlüyündə olan tarixi məzar daşları muzeyə aparılıb. Mühafizə altında olan məzar daşları təmizləndikdən sonra Səlcuqlu qəbiristanlığına qoyulacaq.
Araşdırmalar nəticəsində məlum olub ki, daşlar 1930-40-cı illərdə buraya gətirilərək körpü tikintisində istifadə edilib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi