Azərbaycanlı müğənni Samirə Əfəndi “Panten Qızıl Kəpənək: Azərbaycanın parlayan ulduzu” mükafatını qazanıb.
Kult.az xəbər verir ki, müğənni mükafatı alarkən qalibiyyət çıxışında burada əldə etdiyi bütün gəlirləri iki istiqamətdə bağışlayacağını bildirib.
S.Əfəndi gəlirin bir hissəsini Türkiyədə 2023-cü ilin fevral ayında baş verən zələlədə hər iki valideynini itirən uşaqlara, digər hissəsini isə II Qarabağ müharibəsində şəhid olan qəhrəmanların övladlarına dəstək üçün bağışlayacağını açıqlayıb. Müğənninin açıqlaması alqışlarla qarşılanıb.
Qeyd edək ki, Türkiyədə keçirilən mərasimdə Azərbaycanın parlayan ulduzu kateqoriyası üzrə tanınmış aparıcı və aktrisa Kəmalə Priyeva, həmçinin tanınmış bloger Nəcibə Əhmədi də mükafata layiq görülüblər. “Panten Qızıl Kəpənək” mükafatlarını məşhurlara stilist Anar Ağakişiyev təqdim edib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi