Ukraynada döyüşən və özlərini “Baqratuni” adına legionun döyüşçüləri hesab edən bir qrup silahlı Ermənistan Baş naziri Nikol Paşinyana videomüraciət edib.
BUTA.TV xəbər verir ki, silahlılar Paşinyanı satqın adlandırıblar.
“Sən bütün erməni xalqını satdın. Biz “arsax” uğrunda, Ukraynanın azadlığı uğrunda vuruşanda sən qorxaq kimi Türkiyə və Azərbaycanla cinayətkar sövdələşməyə getdin. Sənin erməni millətini təmsil etməyə və onun adından danışmağa haqqın yoxdur. Sən qorxaqcasına Türkiyə və Azərbaycanla razılaşmaya getdin və xalqımızın 90-cı illərdə çətinliklə “arsax”ın müstəqilliyini necə çətinliklə əldə etdiyini unutdun. Sən bir günə yaddaşımızı, tariximizi, qəhrəmanlarımızı, keçmişimizi silib atdın. Sən əsrlərdir yaşadığımız torpaqları türklərə verdin. Əgər sənin az qədər də şərəfin qalıbsa, bu vəziyyətdən çıxmaq üçün özünü güllələməlisən. Amma sən bunu etməsən, biz və tərəfdarlarımız sənə müharibə elan edəcəyik”, - silahlılar bildiriblər.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi