Gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.
“Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq”, - deyə V.Bayramov deyib.
Onun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir:
“Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi