Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının noyabrın 30-da keçirilən iclasının əsas müsbət istiqaməti ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanmasına zəmin yarana bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, vaxt azlığından ilin sonuna kimi sülh müqaviləsinin imzalanması inandırıcı görünməsə də, məsələlərinin həlli üçün addımlar atıla bilər.
Deputat xatırladıb ki, delimitasiya komissiyalarının son görüşü sayca beşincisidir:
“İndiyə qədər dörd görüş keçirilib, ikisi sərhəddə - Qazax istiqamətində, digərləri isə Moskva və Brüsseldə baş tutub. Mühüm məqam odur ki, sonuncu görüş vasitəçi olmadan keçdi. Ermənistanın Qərbin təzyiqi ilə verdiyi təkliflər tərəfimizdən çözülür. Prinsiplərimiz ortadadır və çox aydındır. Sadəcə görüşlərin intensivləşməsi üçün müəyyən zaman lazımdır”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi