Atamın məzarının Laçına köçürülməsi üçün əvvəl belə bir təklif verməyi düşünürdüm. Amma sonra qərarımı dəyişdim. Məhəbbət Kazımov xalqın sənətkarıdır, tək Laçının yox...
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.
“Atamın qəbri Laçına köçürülsə, onu ancaq laçınlılar ziyarət edə biləcək. Bakıda isə hər gün ən azı 5-10 nəfər məzarına baş çəkir. Amma atamın məzarına Laçın torpağını gətirmişəm.
Biz əslində Laçına köçmək istəyirik. Bakıda qeydiyyatda olduğumuza və məcburi köçkün hesab olunmadığımıza görə, bizə "Qaçqınkom"dan məlumat daxil olmayıb. Bu barədə dövlət dəstəyi üçün aidiyyatı qurumlara müraciət edəcəyəm. İnşallah, ya dövlət dəstəyi ilə, ya öz hesabıma da olsa, gedib Laçında yaşamaq istəyirəm”, - deyə R.Kazımov bildirib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi