Təəssüflər olsun ki, cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə və bu səbəbdən DYP tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, sürücülər aldığı mükafatların fotoşəkillərini və ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər:
"Yolda heç kim hansısa bir imtiyaza malik ola bilməz, yollarda ayrı-seçkilik yaratmaq istəyi sürücü intizamını yox edən hallardandır. Qeyd olunan hallar vətəndaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır. Belə ki, son 1 ay ərzində 050-8000-902 whatsapp nömrəsinə bununla bağlı 131 müraciət daxil olub. Bir daha bütün avtomobil sahiblərindən və sürücülərdən avtomobillərinə lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılır".
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi