Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sağlamlıq vəziyyəti barədə məlumat verib.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, pontifik kəskin və yoluxucu bronxit olduğunu bildirib.
“Məndə çox kəskin və yoluxucu bronxit var, amma artıq qızdırmam yoxdur. Allaha şükür, pnevmoniya deyil. Gördüyünüz kimi, mən salamatam. Həkimlər məni Dubaya getməyə icazə vermədi. Hələ də antibiotiklər və buna bənzər vasitələr qəbul edirəm. Mən profilaktik təbabəti çox sevirəm, çünki o, hadisələrin baş verməsinin qarşısını alır. Daha çox danışa bilmədiyim üçün üzr istəyirəm, amma mənim taqətim yoxdur”, - deyə Roma Papası vurğulayıb.
Qeyd edək ki, Papa Fransisk səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyəcək.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi