Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır.
Nazir eyni zamanda qeyd edib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndiyə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur:
"30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar".
E.Əmrullayev vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında I kurs tələbələri, SABAH qruplarında təhsil alan gənclərin orada təhsil alması mümkün olacaq:
"Bundan başqa, mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq. I mərhələdə 4 fakültənin olması planlaşdırılır. Növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq".
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi