Qarabağdakı keçmiş separatçı tör-töküntüsünə rəhbərlik etmiş Araik Arutyunyanın Bakıda istintaqa verdiyi iddia edilən ifadəsi yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, Arutyunyan “orduya” əmr vermək səlahiyyəti olmadığını deyib:
"Mən kiməm ki, orduya əmr verim? Bütün əmrlər Ermənistanın Müdafiə Nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq formal idi, baxış xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar ərazidən atılıb.
“Mənim belə bir əmr verməyə səlahiyyətim yox idi. Sərəncamları şəxsən Paşinyan verib. Bundan sonra o, Ermənistanı məsuliyyətdən yayındırmaq üçün efirə çıxmağımı və bütün məsuliyyəti öz üzərimə götürməyimi əmr etdi”.
Qeyd edək ki, hazırda keçmiş separatçı-terrorçu xuntanın digər başçıları kimi, Araik Arutyunyanın da DTX-də istintaqı davam edir.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi