Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq.
BUTA.TV xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq:
"Ancaq şəxsi maraqlarn böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, bunu edə biləcəyik. Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün mümkün resurslardan istifadə edəcəyik. Elm sahəsi üzrə fəaliyyətin dürüstlük prinsipi əsasında izlənilməsi üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi