Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib.
BUTA.TV xəbər verir ki, deputat bu təkliflə parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
“Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm”, - deputat qeyd edib.
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava