Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun sonuncu görüşündə “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər.
BUTA.TV xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən qarşılaşmada qapılara top vurulmayıb və komandalar meydandan qolsuz heç-heçə ilə ayrılıblar.
Bununla da Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub.
On dörd turdan sonra Premyer Liqaya 29 xalla “Qarabağ” klubu liderlik edir. “Zirə” 28 xalla ikincidir. Aktivlərində 22 xal olan “Sumqayıt” üçüncü, “Səbail” isə dördüncü pillədə yer alıb. Çempionatda sonrakı yerləri “Araz-Naxçıvan” (21 xal), “Neftçi” (19), “Sabah” (16), “Turan Tovuz” (15), “Qəbələ” (11) və “Kəpəz” (10) tutur.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı