İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Tehranda ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə üçlükdə görüşməsinin səbəbi olmalıdır. Yayılan xəbərlərdə görüşdə Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunduğu, İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilsə də, xarici işlər nazirinin səfirlərə hansı təlimatlar verdiyi maraq doğurur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşlərdə və telefon danışıqlarında ölkəsinin Azərbaycanla münasibətlərini inkişaf etdirmək istədiyini bildirərəkən, Hüseyn Əmir Abdullahianın Ermənistana təyin etdiyi səfiri son açıqlamalarında faktiki Azərbaycanı Qarabağda “etnik təmizləmədə” ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı sərt bəyanatından sonra İranın Azərbaycandakı səfiri Ermənistandakı həmkarının açıqlamasına düzəliş etmək məcburiyyətindən qalıb. Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, rəsmiləri və diplomatları ölkəmizlə bağlı açıqlamalarına diqqət yetirməlidirlər”, - politoloq vurğulayıb.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı