İsrailli milyarderə məxsus konteyner gəmisi Hind okeanında üzərkən İrana məxsus olduğu ehtimal edilən PUA tərəfindən hücuma məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi AP-yə deyib.
Mənbə bildirib ki, "CMA CGM Symi" gəmisinə hücum cümə günü baş verib:
"Malta bayrağı altında üzən gəmi üçbucaq formasında olan və bomba daşıyan “Şahid-136” PUA-sının hücumuna məruz qalıb. Hücum zamanı PUA partlayıb, gəmiyə ziyan dəyib, lakin onun heyətindən heç kim xəsarət almayıb. Biz vəziyyəti diqqətlə izləyirik".
ABŞ ordusunun nümayəndəsi hücumun arxasında İranın olduğunu güman etməyə imkan verən hansı kəşfiyyat məlumatlarını topladığını dəqiqləşdirməyib:
"Gəminin "Eastern Pacific Shipping" şirkəti vasitəsilə İsraillə bağlılığı olub. Çox güman ki, hücumun səbəbi də bu olub".
Qeyd edək ki, gəmi israilli milyarder İdan Oferin nəzarətində olan və Sinqapurda yerləşən "Eastern Pacific Shipping" şirkətinə məxsusdur.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı