"Sabah"ın baş məşqçisi olmasaydım, Azərbaycan millisində işləmək mənim üçün böyük şərəf olardı.
BUTA.TV xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. Rusiyalı mütəxəssis hazırda paytaxt təmsilçisinin "sükanı arxasında" olduğunu bildirib:
"Bütün fikrim bu klubdadır. Azərbaycanda çox yaxşı futbolçular var və milli çox yaxşı futbol sərgiləyə bilir. Onlara da gələcəkdə uğurlar arzulayıram".
Musayev həm yığmada, həm də klubda işləmək ehtimalına da toxunub:
"Təklif olarsa, müzakirə edə bilərik. Amma indi ortada heç nə yoxdur, heç danışıq da olmayıb. Bütün düşüncələrim "Sabah"la bağlıdır".
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək