Gürcüstan Hərbi Yolu əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bütün nəqliyyat növləri üçün müvəqqəti bağlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə İdarəsi məlumat yayıb.
Məlumata görə, bu, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin oluna bilməməsi, eləcə də Gürcüstan sərhədçilərinin tövsiyələrinin nəzərə alınması ilə bağlıdır.
Qeyd edək ki, Gürcüstan Hərbi Yolu təkcə Gürcüstanı deyil, Ermənistanı da Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək