İşğaldan azad olunan ərazilərə indiyə qədər 5000-ə yaxın keçmiş məcburi köçkün köçürülüb.
BUTA.TV xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, azad olunan ərazilərə ümumilikdə 1000 ailə qayıdıb.
F.Hüseynov bildirib ki, bu ilin sonunadək daha 300 ailə azad olunan ərazilərə köçürüləcək.
“Bununla da Qarabağ və Şərqi Zəngəzura köçürülən insanların sayı 6500 nəfərə çatacaq”, – Dövlət Komitəsinin sədr müavini söyləyib.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək