Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özəl sektora çağırış edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu: peşə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Xüsusi nümayəndə deyib ki, Laçın biznes üçün açıqdır:
“Özəl sektoru Laçında iş yerlərinin açılmasında fəal olmağa çağırıram. Çünki insanların məşğulluq məsələsi dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində daha asan həll olunur. Biz buna uzunmüddətli sosial proqram kimi baxırıq. Nə qədər məhsuldar əməkdaşlıq olsa, bir o qədər tez insanların məşğulluq problemi tez həll oluna bilər”.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək