Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçında ilk dəfə olaraq əmək yarmarkası təşkil edilib.
BUTA.TV xəbər verir ki, yarmarkada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qonaqlar yarmarkada təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə söhbət ediblər.
Əmək yarmarkasında 16 müəssisə üzrə 200-ə yaxın vakansiya var. Yarmarkada işğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında detallı məlumatlar yer alır. Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və iş axtaran şəxslərlə işə götürülənlərin bilavasitə yerlərdə təmas quraraq qarşılıqlı şəkildə görüşməsini təmin etməkdir.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək