Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Qeyd edilib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək