2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına azı 2,4 milyard ABŞ dolları ayrılacaq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.
Onun sözlərinə görə, artıq bu məqsədlər üçün Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib.
"Bu kontekstdə biz Füzuli şəhərində tikilən məktəbə görə Özbəkistana və əməkdaşlığa görə Qazaxıstana təşəkkür edirik. Bütün bunlar xalqlarımız arasında dostluğun, qardaşlığın əlamətidir", - deyə nazir əlavə edib.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda