"2024-cü ildə Azərbaycanla Ermənistan arasında müharibə olacaq. Yəni olma ehtimalı yüksəkdir. Demirəm 100% olacaq. Amma ehtimal yüksəkdir".
BUTA.TV xəbər verir ki, rusiyalı ekspert jurnalist Elmar Hüseynovla söhbətində bu fikrini belə əsaslandırıb ki, proseslər ona doğru gedir. Qərb Ermənistanı silahlandırdıqca və rəsmi İrəvana dəstəyi artırdıqca, Paşinyan Cənubi Qafqazda daha cəsarətli və kaprizli davranacaq. Ola bilsin ki, sülh üçün Azərbaycanın bəzi təkliflərini qəbul etməsin. Bu isə sülh bağlamaq istəyən rəsmi Bakını daha da gərginləşdirəcək.
Kremlin isə Paşinyana münasibəti məlumdur. Ona görə də Azərbaycanla Ermənistan arasında yeni savaş çıxarsa, rəsmi Moskva müdaxilə etməyəcək.
Qərbin Ermənistana dəstəyi Azərbaycanla İranı daha da yaxınlaşdıracaq. Bir sözlə bölgədə gərginliyin davam etməsi və yeni müharibə yüksək ehtimaldır.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda