Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşları Xankəndi stadionunda futbol oynayıblar.
BUTA.TV xəbər verir ki, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını bu arenada izləmək mümkün olacaq. Bildirilib ki, təxminən 15 min tamaşaçı tutumuna malik olan sözügedən stadion SSRİ dövründə Azərbaycanın “Qarabağ” futbol klubunun oyunlarına ev sahibliyi edib.
Hazırda isə stadionda bərpa və yenidənqurma işləri görülür.
Xatırladaq ki, Xankəndi şəhər stadionunun təməli 1955-ci ildə qoyulub. Futbol meydançası 1956-cı ildə istifadəyə verilib.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda