Ötən həftə yenidən seçilən İspaniyanın Baş naziri Pedro Sançes israilli həmkarı Netanyahuya ölkəsinin tezliklə Fələstin dövlətini tanımağa hazır olacağını deyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “El Confidencial” qəzeti İspaniya Baş nazirinin İsrailə səfərinin gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Sançesin bu barədə cümə axşamı İsrailə planlaşdırılan səfəri zamanı açıqlama verməsi planlaşdırılır:
“O, burada belçikalı həmkarı Aleksandr de Kroo ilə birlikdə İsrailin Baş naziri Netanyahu və Prezident Hersoq, həmçinin Fələstin lideri Mahmud Abbasla görüşməyi planlaşdırır”.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda