İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış edib.
BUTA.TV xəbər verir ki, o, "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda keçirilən təlimdə deyib ki, bəzən sosial şəbəkələrdə müxtəlif şəxslərə tibbi yardım göstərilməsi üçün elan paylaşılır.
Z.Əliyev bildirib ki, Dövlət Agentliyinin əməkdaşlarına dərhal məsələni araşdırmaq üçün tapşırıqlar verir:
"Əməkdaşların məsələni araşdırmalarını və paylaşım edən şəxslərin niyə icbari tibbi sığortanın xidmətlərindən yararlanmadan belə addım atmasının səbəblərini öyrənmələrini gözləyirəm. Bəzən elə hal olur ki, onlar ölkədən kənarda əməliyyat olunmalıdırlar. Həmin xidmətləri təmin etməyə bizim əlimiz çatmır. Bəzən də lazım olan tibbi xidmətlər Xidmətlər Zərfində olmur. Amma əksər hallarda onlara lazım olan tibbi xidmət Xidmətlər Zərfində olur. Bu paylaşımı edən şəxslərə səslənirəm ki, ilk növbədə, bizə müraciət etsinlər. Əgər hər hansı səbəbdən onlara kömək edə bilməsək, o zaman yardım toplanması üçün elan yerləşdirsinlər".
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda