Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrda keçiriləcək tədbirində iştirak etməyəcəyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Alen Simonyan jurnalistlərə açıqlamasında məlumat verib.
“Dekabrda KTMT-nin tədbiri var, mən də orada iştirak etməyəcəyəm. Ermənistanın təşkilatdan çıxmaqla bağlı qərarı yoxdur, lakin mən hazırkı vəziyyətdə iştirakımı yersiz hesab edirəm. Əminəm ki, onlar da iştirak etməməyimin səbəblərini başa düşürlər”, - Simonyan bildirib.
Qeyd edək ki, 23 noyabrda Minskdə keçiriləcək KTMT sammitinə Ermənistan baş naziri, o cümlədən xarici işlər və müdafiə nazirləri qatılmayacaq.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda